Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayıb

Xəbərlər

29.04.2024 - 15:03

DSX hərbçisi xəsarət alıb

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az