Qazaxda 2 nəfər dəm qazından zəhərlənib

Xəbərlər

25.03.2022 - 20:06

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişlər təcili xəstəxanaya yerləşdirilib

Qazax rayonunda 2 nəfər zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, Birinci Şıxlı kənd sakini, 2008-ci il təvəllüdlü A.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Digər bir zəhərlənmə faktı isə Kosalar kəndində qeydə alınıb. Kənd sakini (ad-soyad dəqiqləşdirilir) yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş