Yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib
Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Ləkit kənd sakini Fikrət Zabit oğlu Saadovu bıçaqlayaraq hadisə yerindən qaçan Fərman Maqsudov sübhəli şəxs qismində saxlanılıb.
AYNA xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Şəki Regional Qrupundan bildirilib.
Qeyd edək ki, iyulun 14-ü axşam 23 radələrində rayon Ləkit kənd ərazisində F. Saadovla F. Maqsudov arasında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı F.Maqsudov üzərində olan bıçaqla F. Saadovun döş qəfəsinin sol nahiyəsindən bıçaqlayıb.
Bıçaq yarası xəsarəti alan F.Saadova Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Qax rayon PŞ-də araşdırma aparılır.