Qatarların da ölkədaxili hərəkəti dayandırılır - <font color=red> RƏSMİ</font>

Xəbərlər

18.03.2020 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılacaq

 

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

 

AYNA "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən qatarların siyahısını təqdim edir:

 

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

 

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

 

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

 

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

 

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

 

- Bakı-Yalama-Bakı elektrik qatarı

 

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

 

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş