“Qardaş yumruğu” təlimindən görüntülər - VİDEO

Cəmiyyət

06.12.2022 - 15:17

“Türkiyə və Azərbaycan ordusunun qəhrəmanları tərəfindən hədəflər dəqiqliklə vurulub”

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimindən yeni foto və məlumatlar dərc edilib.

AYNA xəbər verir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

 “Soyuq və qarlı havada keçirilən “Qardaş yumruğu” Azərbaycan - Türkiyə birgə təliminin növbəti günündə Türkiyə və Azərbaycan ordusunun qəhrəmanları tərəfindən hədəflər dəqiqliklə vurulub”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd rayonlarının ərazilərini əhatə edir.

Müəllif: Ayna.az