Qarda yıxılaraq xəsarət alanların sayı 64-ə çatıb

Hadisə

25.02.2021 - 09:17

Ölkəmizdə qarlı hava şəraiti davam edir 

 

Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

 

Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Müəllif: Ayna.az