“Qarabağ”ın rəqibi müəyyənləşib

İdman

30.01.2026 - 15:54

Çempionlar Liqasının püşkatması keçirilib

 “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

AYNA.AZ xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alıb. “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl” komandası olub.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

Bunu da qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş