Qarabağda ötən həftə 112 mina və 54 PHS aşkarlanıb

Xəbərlər

23.08.2021 - 16:57

ANAMA tərəfindən 147 hektar ərazi təmizlənib

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat (16.08 - 21.08.2021) yayıb.

 

AYNA-nın xəbərinə görə, işğaldan azad edilmiş ərazilərdən 110 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 54 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

 

ANAMA tərəfindən 147 ha ərazi təmizlənib.

Müəllif: Ayna.az