Qarabağda ötən həftə 108 mina aşkarlanıb

Xəbərlər

30.08.2021 - 16:37

179 hektar ərazi mina və PHS-dən təmizlənib

 

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyulun 23-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 179 hektar ərazi mina və PHS-dən təmizlənib.

Müəllif: Ayna.az