Qarabağda mülki təyinatlı zavodlarda külli miqdarda silah-sursat aşkarlanıb - VİDEO

Xəbərlər

29.09.2023 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektrə baxış keçirilib

Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektrə baxış keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.

Qeyd edilib ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş