Qarabağda döyüşmüş Rusiya vətəndaşının məhkəməsi keçirilib

Xəbərlər

07.07.2021 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

İclasda təqsirləndirilən şəxs və şahid ifadə verib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

 

AYNA xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

 

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs və şahid ifadə verib.

 

Bu cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 14-nə təyin edilib.

 

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş