Qarabağda bu qədər ərazi minalardan təmizlənib

Xəbərlər

06.05.2021 - 13:17

Həkimlər Klinikalar SEO Xidməti

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib

 

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları zamanı bu günədək 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Bu əməliyyatlar zamanı 18 min 649 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

AYNA xəbər verir ki, bu barədə ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov məlumat verib.

 

Bildirilib ki, hazırda Agentliyin əməliyyat-axtarış qrupları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər, Xocavənd rayonlarında, həmçinin Şuşa şəhərində minatəmizləmə əməliyyatları həyata keçirirlər. İndiyədək həyata keçirilən əməliyyatlar zamanı 16 layihə üzrə 750 hektar ərazinin təmizlənməsi tam yekunlaşıb. Təqribən 1300 hektar ərazini əhatə edən 19 layihə üzrə işlər davam etdirilir.

 

“Əməliyyat-axtarış tədbirləri əsas dəmir və avtomobil yolları, nəqliyyat və yaşayış infrastrukturunun bərpası, həmçinin kənd təsərrüfatı, ekologiya və digər istiqamətlərdə davam etdirilir”, - deyə İsmayılov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş