Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - <font color=red> SİYAHI</font>

Siyasət

27.02.2021 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

İşçi Qrupunun rəhbəri Prezidentin köməkçisidir

 

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb.

 

AYNA xəbər verir ki, İşçi Qrupun rəhbəri və üzvləri aşağıdakı kimi formalaşdırılır:

 

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi (razılaşmaya əsasən)

 

İşçi Qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini


Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini


Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini


Azərbaycan Respublikası energetika nazirinin müavini


Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda sərəncam imzalayıb. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş