"Qarabağ"-"Bazel" oyunu ilə bağlı vətəndaşlara MÜRACİƏT

Xəbərlər

15.09.2021 - 16:51

Vətəndaşlardan stadiona nəqliyyat vasitələri ilə gəlməmələri xahiş olunur

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu ilə bağlı sürücülərə və vətəndaşlara müraciət edib.

BDYPİ –dən AYNA-ya verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sabah Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı -Olimpiya Stadionu istiqamətində, Heydər Əliyev prospektindindən hərəkət edən sürücülərin isə 5 saylı "ASAN Xidmət"in yanından hərəkət məhdudlaşdırılacaq: "Vətəndaşlardan stadiona nəqliyyat vasitələri ilə gəlməmələri və ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunub. Eyni zamanda pandemiyanın davam etdiyini nəzərə alaraq xüsusi karantin qaydalarına əməl etməlidirlər. Sürücü və vətəndaşlardan xahiş edirik " Koroğlu" metrostansiyasının yanından təhlükəsiz piyada keçidi ilə daxil olsunlar".

Müəllif: Ayna.az