Qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Xəbərlər

11.11.2025 - 14:39

Polis əməkdaşları 3 tüfəng aşkar edərək götürüblər

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, noyabrın 10-da polis əməkdaşları paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş