Qanunsuz ov edənlər cərimələnib

Xəbərlər

24.08.2020 - 15:58

cedabet dərman SEO Xidməti

Ovçulardan tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbiri zamanı İmişli rayonu ərazisindəki Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edənlər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

“Araşdırma zamanı brakonyerlərin Sabirabad rayon sakinləri Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub. Onlardan ov tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimələnib”, - deyə B.Məhəmmədov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş