Qanunsuz miqrasiya kanallarıı ifşa edilib

Xəbərlər

13.05.2025 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Ötən il qanunsuz miqrasiya ilə əlaqəsi olan 15 əcnəbi saxlanılıb

2024-cü il ərzində insan alveri və məcburi əmək halları ilə mübarizə məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra miqrasiya məsələləri müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 qanunsuz miqrasiya kanalı ifşa edilib və bu fəaliyyətlərlə əlaqəsi olan 15 əcnəbi şəxs saxlanılıb.

AYNA.AZ xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında təqdim olunan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

“Bu tədbirlər insan alverinin qarşısının alınması və potensial qurbanların müdafiəsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi qiymətləndirilir”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş