"Ermənistanın informasiya məkanında Rusiya əleyhinə cilovsuz kampaniya gedir"
“Ermənistanda Moskvanı İrəvanın daxili işlərinə müdaxilədə ittiham edən Rusiya əleyhinə kampaniya aparılır”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat bildirib ki, "Ermənistanın informasiya məkanında Rusiyanı seçki kampaniyası da daxil olmaqla, Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edən tamamilə cilovsuz Rusiya əleyhinə kampaniya gedir".
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskva ilə münasibətlərində heç bir kəskin addım atmaq niyyətində olmadığını bildirmişdi.