“Gəlin izahat almaq, başa düşmək üçün Daxili İşlər Nazirliyinə gedək”
Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə ölkənin Daxili İşlər Nazirliyinə (DİN) doğru hərəkət etmək və nazirlə görüş tələb etmək qərarı verib. AYNA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Gəlin xatirə kompleksinə niyə girişimizi bağladıqlarının izahatını almaq, başa düşmək üçün Daxili İşlər Nazirliyinə gedək. Öyrənək ki, nazir özü əmr edir, yoxsa ona göstəriş verilir”, - Qalstanyan deyib.
Hazırda müxaliftlər paytaxtın mərkəzi küçələrindən biri ilə DİN-ə doğru hərəkət edirlər.
Qeyd edək ki, ötən gün polis II Qagerin və onu müşayiət edənlərin Sərdarabaddakı xatirə kompleksinə gedən yolu bağlayıb. Bir müddət sonra onlar kompleks ərazisinə girə biliblər.