"İran nümayəndə heyətindən olan həmkarlarım görüşdə ümidverici təşəbbüslər irəli sürdülər”
“İran danışıqlar zamanı münaqişənin sülh yolu ilə həlli üçün təşəbbüslər irəli sürsə də, Amerika tərəfi Tehranın etimadını qazana bilməyib”. AYNA.AZ bildirir ki, bu sözləri İran nümayəndə heyətinin rəhbəri, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
Qalibaf “X” səhifəsində yazıb: "İran nümayəndə heyətindən olan həmkarlarım görüşdə ümidverici təşəbbüslər irəli sürdülər. Lakin nəticədə qarşı tərəf bu danışıqlar mərhələsində İran nümayəndə heyətinin etimadını qazana bilmədi".