Qalibaf: “ABŞ-ın öhdəliklərini pozması sülhə mane olur”

Dünya

17.04.2026 - 10:08

"İran regionda tam sülh və təhlükəsizlik yaratmaq əzmindədir”

“ABŞ-ın öz öhdəliklərini pozması Yaxın Şərqdə sülhə mane olur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

O Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüşündə bildirib: "İran İslam Respublikası regionda tam sülh və təhlükəsizlik yaratmaq əzmindədir, lakin qarşı tərəf həmişə öz öhdəliklərini pozaraq irəliləyişin qarşısını alır".

Bundan əlavə, parlament sədri Pakistanın İrana verdiyi dəstəyə və münaqişənin həlli üçün vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. O Livanda atəşkəsin Vaşinqton və Tehran arasında atəşkəs planının bir hissəsi olduğunu bir daha təkrarlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş