“Qalatasaray”ın prezidenti xəstəxanadan evə buraxılıb

İdman

16.05.2020 - 06:27

Mustafa Cengizi bundan sonra kimyaterapiya mərhələsi gözləyir

 

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək. Xəstəxanadan çıxarkən açıqlama verən Cengiz özünü yaxşı hiss etdiyini bildirib. Onu əməliyyat edən həkim Uğur Türe isə klub prezidentinin çox ağır əməliyyat keçirdiyini söyləyib. Onun sözlərinə görə, Mustafa Cengizi bundan sonra kimyaterapiya mərhələsi gözləyir. O, pasientinin bunun da öhdəsindən uğurla gələcəyinə inamını ifadə edib.

 

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.

Müəllif: Ayna.az