"Barselona" baş məşqçisini dəyişməyi planlaşdırır

İdman

27.10.2019 - 17:30

Baş məşqçi vəzifəsi üçün Ronald Kuman nəzərdə tutulur

 

"Barselona" futbol klubu mövsümün sonunda baş məşqçisini dəyişməyi planlaşdırır.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Ernesto Valverde ilə müqavilənin müddətinin artırılmayacağı bildirilir.

 

Futbol klubunun rəhbərliyi 55 yaşlı baş məşqçinin yerinə başqa kadr tapmağı nəzərdə tutur. Qeyd edilir ki, Ernesto Valverdenin rəhbərliyi altında Çempionlar Liqasının hər iki mövsümü "Barselona" üçün ümidsizliklə başa çatıb.

 

Hazırda klub rəhbərliyi baş məşqçi vəzifəsi üçün Ronald Kumanı nəzərdən keçirir. O, Niderland yığmasını çalışdırır.

 

Baş məşqçi vəzifəsinə digər namizəd Mark van Bommeldir.

 

Müəllif: Ayna.az