Putinlə Paşinyan arasında telefon danışığı olub

Xəbərlər

23.08.2024 - 15:18

cedabet dərman SEO Xidməti

Telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfərinin müzakirə edildiyi bildirilir

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfərinin müzakirə edildiyi bildirilir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşdığını deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş