“Bizim cavabımız Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemini gücləndirməkdir”
“Rusiyanın Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin təhvil verilməsinə cavabı hava hücumundan müdafiəni gücləndirmək olacaq”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir deyib.
“Bizim cavabımız Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemini gücləndirməkdir”, - dövlət başçısı bildirib.
Bundan əvvəl “The Washington Post” yazıb ki, “Tomahawk” raketlərinin Kiyevə mümkün təhvil verilməsi ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətində “əhəmiyyətli dəyişikliyə səbəb olacaq”.