Putindən təhdid: “Bu, blef deyil”

Dünya

21.09.2022 - 11:12

“Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”

“Xatırladım ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var. Hətta bəzi komponentlərdə NATO-dan daha müasirdir”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Putin qeyd edib ki, ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskva əlində olan bütün mümkün vasitələrdən istifadə edəcək: “Bu, blef deyil”.

“Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”, - deyə Putin vurğulayıb.

Müəllif: Ayna.az