Putin “xüsusi əməliyyat”ın əsas məqsədini açıqlayıb

Dünya

28.10.2022 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti: “Yalnız bir plan və məqsəd var - Donbassda yaşayan insanlara kömək etmək”

“Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əsas məqsədi və planı Donbassa kömək etməkdir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun plenar iclasında çıxışı zamanı deyib.

Rusiya lideri bildirib ki, Baş Qərargahda “xüsusi əməliyyat”ın daha müfəssəl planı var və o, onun təfərrüatları ilə tanışdır. Lakin Putin bu planı bölüşməyəcəyini deyib.

“Yalnız bir plan və məqsəd var - Donbassda yaşayan insanlara kömək etmək”, - Putin bildirib.

Putin həmçinin çıxışında qeyd edib ki, Rusiya Donbassdakı “respublikaların müstəqilliyi”ni tanıdıqdan sonra onları müdafiə etməli olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş