Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəliblər

Dünya

19.04.2022 - 22:07

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın Baş naziri Rusiyaya gedib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

AYNA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

 

"Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər",- deyə bəyənatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş