“Ukraynadakı tarixi ərazilərimizdə Rusiyanı məhv etməyə və insanları oradan qovmağa başlamasaydılar...”
“Ukrayna hakimiyyəti rusları Ukraynada yerli olmayan xalq elan etməklə tamamilə axmaq olduğunu nümayiş etdirdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Moskva.Kremlin.Putin” verilişinin efirində deyib. Proqramdan bir parçanı “Rossia” telekanalının jurnalisti Pavel Zarubin öz “Telegram” kanalında dərc edib.
“Ukraynadakı tarixi ərazilərimizdə Rusiyanı məhv etməyə və insanları oradan qovmağa başlamasaydılar, heç vaxt belə bir addım (müharibə) atmazdıq. Ruslar Ukraynada yerli olmayan millət elan edildi. Onlar tamamilə axmaqdırlar”, - Putin bildirib.