Putin Tokayevə zəng edib

Dünya

14.10.2025 - 21:48

Prezidentlər strateji tərəfdaşlıqlarını inkişaf etdirməyə sadiq olduqlarını təsdiqləyiblər

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevlə telefon danışığı aparıb.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, Kremlin məlumatına görə, söhbət zamanı liderlər Tokayevin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlıq kontekstində ikitərəfli əməkdaşlığın praktiki məsələlərini müzakirə ediblər.

Prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyərək, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsini vurğuladılar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş