Dmitri Peskov: “Bu görüş fövqəladə deyil”
Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyi ilə görüş keçirəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi və Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, görüş “fövqəladə deyil”.
Daha əvvəl Prezidentin köməkçisi Yuri Uşakov demişdi ki, Putin “bütün əsas məsələləri” XİN rəhbərliyi ilə müzakirə edəcək.