“Bu münaqişə BMT-nin müvafiq qərarlarının yerinə yetiriləcəyi təqdirdə sona çata bilər”
“Moskva Qəzza zolağında Fələstin və İsrail arasında münaqişənin tezliklə həlli üçün səylər göstərir və bu münaqişə BMT-nin müvafiq qərarlarının yerinə yetiriləcəyi təqdirdə sona çata bilər”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə görüşü zamanı bildirib.
“Rusiya da öz növbəsində bu böhranlı vəziyyəti tez bir zamanda həll etmək üçün səylər göstərir ki, bu böhranlı vəziyyət, bizim dərin inancımızla, yalnız BMT-nin müvafiq qərarlarının yerinə yetirildiyi təqdirdə əsaslı şəkildə həll oluna bilər”, - Prezident qeyd edib.
Putin münaqişənin BMT-nin tələbi ilə iki suveren dövlət - İsrail və Fələstinin yaradılması yolu ilə həllinin vacibliyini vurğulayıb.