“İlk altı ayda ÜDM 4,6% artıb”
Rusiya Prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatının böyüməyə davam etdiyini və ilk altı ayda ÜDM-in 4,6% artdığını bildirib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
"İlin birinci yarısında ümumi daxili məhsulun 4,6% artacağı təxmin edilir", deyə Putin qeyd edib.
Bundan əvvəl Putinin iqtisadi məsələlərlə bağlı iclas keçirdiyi bildirilirdi.