Rusiya Prezidenti Şimali Koreya lideri ilə Moskvada görüşə ümid etdiyini bildirib
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla növbəti görüşün Moskvada keçiriləcəyinə ümid etdiyini bildirib. AYNA TASS-a istinadən xəbər verir ki, o, bu barədə danışıqlar başlamazdan əvvəl bildirib.
“Yeni görüşümüzə çox şadam. Ümid edirəm ki, növbəti tədbir Rusiyada, Moskvada baş tutacaq”, - deyə Prezident bildirib.
Qeyd edək ki, bu gün Şimali Koreya paytaxtı Pxenyanda Putin və Kim Çen In arasında rəsmi görüş keçirilib. Mərasim Kim İr Sen meydanında keçirilib.
Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, stendlər bayraqlar və iki ölkə liderlərinin portretləri ilə bəzədilib.
Kumsusan Dövlət İqamətgahında birlikdə fotoşəkil çəkdirdikdən sonra Puin və Kim Çen In danışıqlara başlayıb.