Putin Kerç boğazı ilə bağlı fərman imzalayıb

Dünya

09.10.2022 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

Hökumətə öz aktlarını bu fərmana uyğunlaşdırmaq tapşırılıb

Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb. AYNA xəbər verir ki, sənəd Kremlin saytında dərc olunub.

Fərmana əsasən, mühafizə üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.

Rusiya hökumətinə öz aktlarını bu fərmana uyğunlaşdırmaq tapşırılıb.

Bildirilib ki, sənəd imzalandığı andan qüvvəyə minir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş