Dmitri Peskov: “Putinin Hindistanda keçiriləcək G20 sammitində iştirak etməsi mümkündür”
Rusiya Prezidenti Vladimir Putinin Hindistanda keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirakı istisna edilmir. AYNA “İnterfax”a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz müxtəlif formatlarda G20-də iştirak edirik. Ona görə də Prezidentin sammitdə iştirakını istisna etmirik. Lakin dəqiq qərar verilməyib”, - Peskov əlavə edib.
Qeyd edək ki, sammitin bu ilin sentyabrında keçirilməsi planlaşdırılır. Martın əvvəlində müxtəlif ölkələrin xarici işlər rəhbərləri səviyyəsində G20 sammiti baş tutub.