Putin: “Finlandiya NATO-ya daxil olmaqla təhlükəsizliyini yaxşılaşdırmadı”

Dünya

13.03.2024 - 11:45

cedabet dərman SEO Xidməti

“Son illərdə Rusiya rublu Helsinkidə, hətta Finlandiyanın sərhədyanı ərazilərində qəbul edilib”

“Finlandiya Rusiya ilə yaxınlaşmaqdan imtina edərək NATO-ya daxil olmaq qərarına gəlməklə, təhlükəsizliyi baxımından vəziyyəti yaxşılaşdıra bilmədi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”yə müsahibəsində bildirib.

“Son illərdə Rusiya rublu Helsinkidə, hətta Finlandiyanın sərhədyanı ərazilərində qəbul edilib”, - Prezident xatırladıb.

Rusiya liderinin sözlərinə görə, bu, iqtisadi baxımdan yaxşıdır: “Daşınmaz əmlak qiymətləri kifayət qədər yaxşı səviyyədə qalıb”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq Alyansa üzv olub.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Novikov bildirmişdi ki, NATO-ya daxil olan İsveç və Finlandiya Rusiyaya münasibətdə bitərəf statusunu itirib və Rusiya özünü onlardan müdafiə etmək məcburiyyətində qalıb. Onun fikrincə, Rusiyada şimal-qərbdən gələn təhlükələrin qarşısını almağa kömək edəcək yeni hərbi dairələr yaradılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş