Putin “Eurovision”a alternativ təklif edib

Dünya

15.05.2024 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti “Intervision” yaratmağı təklif edib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Pekinlə mədəniyyət sahəsində əməkdaşlığın innovativ formalarının inkişafına, o cümlədən “İntervision” Beynəlxalq Populyar Musiqi Müsabiqəsinin keçirilməsinə kömək edəcək. AYNA xəbər verir ki, bu barədə Putin Çinin “Sinxua” agentliyinə müsahibəsində deyib.

“Eurovision 2024” mayın 7-dən 11-dək İsveçin cənubundakı Malmödə keçirilib. Tədbir artıq üçüncü dəfədir ki, bu şəhərdə keçirilir. Rusiya 2022-ci ildə müsabiqədə iştirakdan kənarlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu “Avropanın dəfn mərasimi” adlandırıb.

Bu il qalib “The Code” mahnısı ilə İsveçrədən olan reper Nemo (əsl adı Nemo Mettler) olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş