Rusiya Prezidenti sərəncam imzalayıb
Rusiyadakı xarici ölkə vətəndaşları “Yandex Bank”ın səhmləri ilə əməliyyatlar etmək hüququ əldə ediblər. AYNA xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncamda yer alıb.
Rəsmi hüquqi informasiya portalında dərc olunan sənədə görə, Rusiya lideri əcnəbilərə mülkiyyət hüquqlarının yaradılması, dəyişdirilməsi, xitam və ya yüklülüyü, habelə bank səhmlərindən istifadə və sərəncam verilməsi ilə nəticələnən əməliyyatlar aparmağa icazə verib.
Daha əvvəl məlum olmuşdu ki, Yandex-in ən böyük səhmdarı idarəetmə strukturu olacaq. Ona səhmlərin 35%-i veriləcək.