Putin Bakıdan qayıdan Lukaşenkoya zəng edib

Aktual

15.04.2021 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentlər Qarabağ münaqişəsinin nizamlanması mövzusunda fikir mübadiləsi aparıblar

 

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb. AYNA xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

 

Telefon danışığı zamanı liderlər ikitərəfli gündəmi müzakirə ediblər.

 

“Rusiya-Belarus müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edildi", - deyə məlumatda qeyd edilib.

 

Bununla yanaşı, tərəflərin Qarabağ münaqişəsinin nizamlanması mövzusunda da fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, A.Lukaşenko 2 gün idi ki, Azərbaycanda səfərdə idi. Belarus lideri Bakıda Prezident İlham Əliyevlə görüşüb, mətbuata birgə bəyanatlarla çıxış ediblər. Lukaşenkonun səfəri dünən axşam saatlarında başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş