PSJ Yamal üçün 250 milyon avro təklif edib

İdman

11.03.2026 - 08:56

“Onun 2030-cu ilə qədər müqaviləsi var"

“Barselona” prezidenti Xoan Laporta “Paris Saint-Germain” PSJ kklubunu əvvəllər də Lamine Yamalı transfer etməyə çalışdığını açıqlayıb.

"Fəxr etdiyim şeylərdən biri də budur: PSJ Yamal üçün 250 milyon avro təklif etdi və biz yox dedik. Onun 2030-cu ilə qədər müqaviləsi var", - deyə Laporta klubun yeni prezident seçkiləri ilə bağlı keçirilən debat zamanı deyib.

Laporta həmçinin əvvəllər PSJ-nin təklifinin təxminən iki il əvvəl, Yamalın 17 yaşında olduğu zaman gəldiyini qeyd edib.

Yamal hazırda bütün yarışlarda "Barselona" üçün 142 oyun keçirib, 44 qol vurub və 49 məhsuldar ötürmə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş