“Bavariya”, yoxsa PSJ?

İdman

23.08.2020 - 15:23

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

 

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı baş tutacaq. Finalda Fransanın PSJ klubu ilə Almaniyanın "Bavariya" klubu qarşılaşacaq. AYNA xəbər verir ki, oyun Portuqaliyanın "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı hakim Daniele Orsatonun idarə edəcək

 

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. “Bavariya” isə beş dəfə bu turnirin qalibi olub.

Müəllif: Ayna.az