Prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərin nəzərinə

Cəmiyyət

12.09.2020 - 17:28

Baş Prokurorluq müraciət yayıb 

 

Prokurorluq orqanlarında işə qəbul üzrə müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu davam etdirilir.

 

 Baş Prokurorluğun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

 

-Azərbaycan Respublikasının Konstitusiyası;

 

-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

 

-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

 

-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

 

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

 

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

 

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

 

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

 

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

 

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

 

-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

 

-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Müəllif: Ayna.az