Prezidentin köməkçisi: “Yumşalmalar yoluxma sayını artırdı”

Aktual

19.03.2021 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Şahmar Mövsümov: “Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin uzadılmasının səbəblərini açıqlayıb.

 

AYNA-nın xəbərinə görə, Ş.Mövsümov deyib ki, koronavirus pandemiyası bütün ölkələrə dalğavari təsir edib: “Bu dalğalar müxtəlif ölkələrdə müxtəlif vaxtlarda baş verib. Bir çox ölkələr hazırda qapanmalara gedirlər. Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin”.

 

“Yumşalmalar yoluxmaların sayının artmasına səbəb olub. Gündəlik yoluxmalar ümumi testlərin sayında payını artırır. Say artdıqca ölənlərin sayı da artır. Azərbaycan da yumşalmalara getmişdi. Yumşalmalar yoluxma sayının artmasına səbəb oldu. Bu gözlənilən idi”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş