Prezidentin BƏƏ-yə səfəri başa çatıb

Xəbərlər

05.02.2026 - 18:56

İlham Əliyevi Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.

AYNA.AZ xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.

Prezidentin BƏƏ-yə səfəri başa çatıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş