İlham Əliyev Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi
Prezident İlham Əliyev Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında qeyd edilib.
Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi və icra başçısını tutduğu haqqında məlumat yayılmışdı. Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.