Prezidentdən generallara təbrik

Xəbərlər

04.10.2020 - 23:14

cedabet dərman SEO Xidməti

Ölkə başçısı Mayis Bərxudarov və Hikmət Mirzəyevi Cəbrayılın azad olunması münasibətilə təbrik etdi

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

 

AYNA-nın xəbərinə görə, onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

 

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş