Prezidentdən Baş nazirin müavini barədə SƏRƏNCAM

Xəbərlər

26.01.2023 - 14:57

İlham Əliyev Əli Əhmədovu “Şərəf” ordeni ilə təltif edib

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov Baş nazirin müavini vəzifəsini daşıyır.

Müəllif: Ayna.az