Prezidentdən “Azərxalça”nın həbs edilən rəhbəri barədə <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

10.01.2021 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Vidadi Muradov vəzifəsindən azad edilib

 

Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin vəzifədən azad edilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, V.Muradov barəsində korrupsiya əməllərinə görə cinayət işi açılıb və o dünən həbs edilib. 09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş