Prezident və birinci xanım Füzulidə görülən işlərlə tanış olublar

Xəbərlər

14.06.2021 - 15:56

Ölkə başçısına tikinti işləri ilə bağlı məlumat verilib

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər. AYNA-nın xəbərinə görə, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

 

Prezident və birinci xanım yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

 

Bununla yanaşı ölkə başçısı və Birinci vitse-prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

 

İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında da olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

 

Müəllif: Ayna.az